Ucarda dəhşətli qətl: qardaşı uşaqları əmisini baltaladı

img

11-07-2020 [15:40]


Ucar sakini öldürülüb.

Mia.az "Report"a istinadən xəbər verir ki,  rayonun Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov baş nahiyəsindən balta ilə aldığı ağır xəsarətlə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

B.Abbasovun yaxın qohumları  tərəfindən öldürüldüyü bildirilir. Polis əməkdaşları tərəfindən ölənin qardaşı oğulları Asif və Vasif Abbasovlar şübhəli şəxs qismində saxlanılıb.  İlkin ehtimala görə, hadisəyə tərəflər arasında baş verən münaqişə səbəb olub.

Faktla bağı araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR