Prezident AZAL-ın sədri haqda sərəncam verdi

img

11-07-2020 [10:54]


Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Bu gün C.Əsgərovun 70 yaşı tamam olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR