İtaliyada fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadıla bilər

img

10-07-2020 [19:50]


İtaliyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar bu ilin yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti ilin sonunadək uzadıla bilər.

APA-nın xəbərinə görə, bu barədə bu gün ANSA agentliyi hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İtaliyada fövqəladə vəziyyət rejiminin müddəti dekabrın 31-dək uzadıla bilər.

Agentliyin məlumatına görə, lakin bununla bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

Bir müddət əvvəl isə İtaliyanın Baş Naziri Cüzeppe Konte iyulun 31-də başa çatacaq fövqəladə vəziyyət rejiminin uzadılacağının anonsunu verib.

Qeyd edək ki, İtaliyada indiyədək COVID-19-a 242 mindən çox yoluxma qeydə alınıb, virusa yoluxanlardan 35 minə yaxın insan vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA