"Zakir Həsənovla bu məsələ barəsində danışmışam" - Prezidentin köməkçisi

img

10-07-2020 [19:24]


Bu gün Azərbaycan Ordusunda koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

O bildirib ki, pandemiya ilə əlaqədar Azərbaycan ordusunda bu məsələ ciddi nəzarətdə saxlanılır: 

“Bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov ilə bu məsələ barəsində danışmışam. Söhbət zamanı nazir orduda heç bir yoluxma faktının olmadığını deyib. Yalnız Əfqanıstandakı Sülhməramlı qüvvələrimiz arasında bir hərbçimizdə virus aşkarlanıb. O da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Bu gün orduda vəziyyət tam nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri, hərbiçiləri arasında testlər aparılır. Vəziyyətə xüsusi nəzarət olunur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq