Azay Quliyev seçicilərlə videogörüş keçirib - Qaldırılan problemlərin bir qismi yerində həll edilib
10-07-2020 [19:07]
Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüş keçirib.
Mia.az xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.
Qaldırılan problemlərin bir qismi yerində həll edilib.
Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti qurumların yerli idarələrinin rəhbərləri qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Deputat görüşdə qaldırılan bütün məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.
Sonda Azay Quliyev seçicilərinə müraciət edərək bildirib ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə coxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq Binəqədi rayonunda bu xəstəliyə yoluxma sayının artması narahatçılıq yaradır: “Əziz seçicilərdən, hörmətli Binqədi sakinlərindən xahiş edirəm ki, əhalinin, o cümlədən həssas qruplardan olan yaşlıların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə qeyd-şərtsiz əməl etsinlər. Yeni növ koronavirus infeksiyası üçün xarakterik simptomları hiss etdikdə özünüzun və yaxınlarınızın həyatını xilas etmək məqsədi ilə dərhal aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) müraciət edin. İnanıram ki, hazırkı vəziyyətdən maksimum məsuliyyətli olmaqla və dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşların hərtərəfli dəstək göstərməsi nəticəsində uğurla çıxacağıq”.
Qeyd edək ki, görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov da iştirak edib.
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar