Prezidentin köməkçisindən koronavirusla bağlı mesaj: "Bu, bizi tam qane edə bilməz"

img

10-07-2020 [17:27]


"Koronavirusa dair rəqəmlərdə müəyyən stabillik özünü göstərir, ancaq bu, bizi tam şəkildə qane edə bilməz”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, insanlar, xüsusən azyaşlı uşaqları olan insanlar üçün karantin rejimində qalmağın çətinlikləri var: “Dövlətin işinə dəstək verən insanlara bir daha öz təşəkkürümüzü bildiririk”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, tibbi personal, hüquq-mühafizə orqanları və dövlət orqanları gərgin iş rejimində çalışırlar: “Məqsəd vətəndaşların sağlamlıq və təhlükəsizliyinin qorunmasıdır”.

H. Hacıyev nəzərə çatdırıb ki, dünyada artıq 12 milyondan çox insan yoluxub: “Hazırda əsas yoluxma Latın Amerikası regionunda qeydə alınır. Yaxın Şərqdə də yoluxma artır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq