Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır

img

10-07-2020 [13:10]


Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.

Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-dən xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR