Səhiyyə Nazirliyində nöqsanlar üzə çıxdı - Yoxlama
10-07-2020 [12:50]
Dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxs üzrə aparılmış auditin nəticələri haqqında məlumat açıqlanıb.
Hesablama Palatasının 2020-ci ilin İş Planına əsasən 2018-2019-cu illərdə dövlət büdcəsindən ayrılan vəsaitlərin Mərkəz tərəfindən icrası vəziyyətinə dair uyğunluq auditi aparılıb, audit nəticəsində əsasən aşağıdakı nəticələr müəyyən edilib.
Qeyd olunub ki, Mərkəz tərəfindən 2018-2019-cu illər üçün proqnoz layihələri tərtib edilərkən ümumi təyinatlı, o cümlədən Proqram və tədbirlər üzrə dərman vasitələrinin alınması üçün zəruri büdcə vəsaitinin proqnozlaşdırılması zamanı bir xəstəyə düşən xərc məbləği üzrə normativlər tətbiq olunmayıb. Hər ilin sonuna anbarda mövcud olan dərman qalığı nəzərə alınmayıb, tibb müəssisələrindən müvafiq sifarişlər tələb edilməyib.
Qeydiyyatda olan xəstələrin sayının və tibb müəssisələrində icra olunan çarpayı günlərinin, habelə aparılmış müayinələrin sayının dəyişməsi üzrə məlumatların təhlili tam həyata keçirilməyib, bir çarpayı gününə və ya bir xəstənin müalicəsinə düşən dərman vasitələrinə, müayinələrin aparılması üçün laboratoriya reaktivlərinə və şüa diaqnostika materiallarına, peyvəndlərə, tibbi təyinatlı vasitələrə tələbatlar tam nəzərə alınmayıb və nəticədə bəzi tədbirlər proqramları üzrə ayrılmış vəsaitin az olması səbəbindən ümumi təyinatlı dərman vasitələrinin alınmasına ayrılmış mərkəzləşdirilmiş vəsait hesabına dərman vasitələri alınıb.
Auditlə əhatə olunan illərdə “2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”, “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" üzrə nəzərdə tutulmuş bəzi tədbirlərin müəyyən olunmuş müddətdə icrası təmin edilməyib, eləcə də alınmış dərman vasitələrinin bölüşdürülməsi zamanı mövcud normativlərin tələblərinə əməl olunmaması, səhiyyə müəssisələri üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində 1 xəstəyə düşən xərclər əhəmiyyətli dərəcə də fərqli olub.
Auditlə əhatə olunan dövrdə dərman vasitələrinin alınması zamanı bağlanılmış müqavilələrin xüsusi şərtlərinə tam nəzarət edilməyib, 2019-cu ildə bağlanılmış müqavilələrdə alınacaq dərman vasitələrinin yararlıq müddəti əsas göstərilmədən endirilib.
2018-2019-cu illərdə təchizatçılar tərəfindən bəzi hallarda bağlanmış müqavilələrdə yararlıq müddəti ilə bağlı şərtlərə uyğun dərman preparatları və tibbi təynatlı vasitələr təhvil verilməyib, 2019-cu ilin sonuna isə anbarda qalan 4773,9 min manat məbləğində dərman preparatlarının və tibbi təyinatlı vasitələrin yararlıq müddəti 7,0%-53,0% arasında olub.
Həmçinin 2018-ci ildə 1272,2 min manat, 2019-cu ildə isə 309,1 min manat dəyərində dərman vasitələrinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmayıb, dərman preparatları və tibbi təyinatlı vasitələrin alınması ilə bağlı bağlanılmış müqavilələr üzrə öhdəliklərin icraçı müəssisələr tərəfindən vaxtında icra edilməməsinə görə müqavilə şərtlərinə uyğun olaraq malların təchizatı üzrə gecikdirilmiş günlər üçün cərimə məbləğinin hesablanması və alınması təmin edilməyib.
Eyni zamanda 2018-ci ildə müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi səbəbindən bağlanılmış müqavilələrin icra müddəti uzadılıb və dərman vasitələri müəyyən olunmuş müddətlərdə alınaraq tibb müəssisələrinə çatdırılmayıb/Report.
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Qırğızıstan prezidenti Azərbaycana gəlib - FOTO (Yenilənib)
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"