Zakir Həsənov, Nəcməddin Sadıkov, nazir, deputat və icra başçıları: onların övladları niyə hərbçi yox, polis oldu?
10-07-2020 [11:27]
Koronavirus bəlası cəmiyyətimizdə, mənəviyyatımızda və idarəçiliyimizdə uzun illər yığılıb qalan, lakin üstü ört-bas edilməyə çalışılan bir çox digər bəlalarımızın da gün işığına çıxmasına səbəb oldu. Virus varlı, kasıb, məmur, deputat, rəis və s. tanımır və hamıya bir gözlə baxır.
Misal üçün, bugünlərdə məlum oldu ki, deputat Elman Məmmədovun oğlu koronavirusa yoluxub. Allah şəfa versin, insandır, hər kəsin başına gələ bilər. Ancaq bu xəbərin virusla bağlı hissəsindən daha çox deputatın oğlunun tutduğu vəzifə diqqəti çəkdi – Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, yəni “el dilində” desək, “texosmotrun rəisi”!
Bilməyənlər üçün qeyd edək ki, hörmətli Elman Məmmədov 1991-ci ildən 2000-ci ilə qədər Xocalının icra başçısı vəzifəsini tutub və Allah bilir ki, neçə onillərdir deputatdır. Ən əsası isə... Xocalı qətliamı demək olar ki, onun gözü qarşısında baş verib, bu soyqırım aktında və ümumilikdə Qarabağda gedən döyüşlərdə onun çoxlu sayda qohum-əqrabası, dost-tanışı, həmyerlisi şəhid olub. Bu, o deməkdir ki, artıq 70 yaşı haqlayan deputatın özündə, yaxınlarında və övladlarında torpaq, vətən yanğısı və qisas hissi normalda hamıdan daha çox olmalıdır. Amma belədirmi?...
Təəssüf ki, belə deyil! Nəinki belə deyil, hətta iddia etmək olar ki, bu adamlarda ümumiyyətlə qisas hissi qalmayıb!
Qalsaydı, şəhəri viran olmuş, yaxınları, əzizləri vəhşicəsinə öldürülmüş, əsirlikdə olmazın işgəncələr görmüş Elman Məmmədovun – şəhid Xocalının şəhid olmamış başçısının övladı rüşvətin, korrupsiyanın tüğyan etdiyi “Texosmotr idarəsində” rəis yox, cəbhəyə ən yaxın bölgədə yerləşən və hər an “vur” əmrini gözləyən, qisas hissi ilə alışıb yanan ordu zabiti olardı!
Xocalıdan başlayan bu acılı-ağrılı yol “Texosmotr idarəsi”nə aparmalı deyildi...
Bəli, Qarabağı və ətraf rayonları itirməyimizin, 30 ilə yaxındır bir kəndi belə işğaldan azad edə bilməməyimizin bir “sirri” də belə məsələlərdə gizlənib – eli-obası namərd qılıncından keçirilmiş Elman Məmmədov kimilərin qisas hissi “axtalanıb”! Elə bu “axtalanmanın” nəticəsidir ki, belələri öz övladlarını günün birində xalqımızın qisasını alacaq Ordumuza deyil, yağlı-pullu polis, prokurorluq, vergi, gömrük idarələrinə yönəldiblər. Az-çox imkanı, vəzifəsi olan, fərqi yoxdur, vaxtilə cəbhədə döyüşən də, döyüşməyən də, müharibədən acı pay alıb, yaxınlarını, doğmalarını itirən də, itirməyən də yalnız bir amalla yaşayır – özünü, övladlarını, yaxınlarını “yağlı yerlərə” yerləşdirmək, Azərbaycan xalqının talanması hesabına varlanmaq, özünə və nəsil-nəcabətinə “gün ağlamaq”! Torpağının 20 faizi işğal altında olan başıbəlalı Azərbaycanda ordu, hərbi xidmət, şəhidlik, qazilik kasıbın, yetimin alın yazısına çevrilib.
Bir neçə gün əvvəl YAP-ın ən “koloritli” təmsilçilərindən olan Siyavuş Novruzov müsahibəsində oğluna Fövqəladə Hallar Nazirliyi və ya DTX Akademiyasına daxil olmağı təklif etdiyini, onunsa bu təkliflərlə razılaşmadığını deyib. Göründüyü kimi, hətta S.Novruzovun da övladına təklif etdiyi qurumlar arasında Ordu yoxdur...
Elman Məmmədovlar bir deyil, iki deyil, min deyil...
Məsələn, sınmış qürurumuzun daha bir simvolu olan Şuşanın icra başçısı və uzun müddət Qarabağ İcmasının rəhbəri olmuş Bayram Səfərovun – Bakıda 4.5 milyonluq villada yaşayan həmin Səfərovun da oğlunun qisas gününü gözləyən Ordumuzla uzaqdan-yaxından əlaqəsi yoxdur - polis polkovnik-leytenantı və bölmə rəisidir. Yaxud camaatı evindən ailəsinin gözü qarşısında alt paltarında sürüyüb çıxaran polis zabiti kim idi?
Ağcabədinin icra başçısının oğlu və Suraxanının icra başçısının kürəkəni. Qolu eşşəyin boynundan yoğun olan bu “seçilmiş” də, əlbəttə ki, Qarabağda yox, Bakıda, Yasamalda “döyüşməyi” üstün tutanlardandır...
Təkcə həbs olunan icra başçılarını xatırlamaq kifayətdir – birinin oğlu prokurorluqda, digərininki polisdə, o birininki məhkəmədə... Hələ bunlar nisbətən “xırda balıqlar”dır. Nümunə üçün bircə deputat, nazir, oliqarx oğlu tanıyan varmı ki, oğlu Orduda zabitdir, hərbçi peşəsini seçib? Yoxdur, heç olmayıb da!
Bəlkə Qarabağ diplomatiyasında “vuran əlimiz”(əslində vuran yox, çoxdan quruyub, topal olub yanımıza düşən əlimizdir- C.M) olmalı olan Elmar Məmmədyarovun Nyu Yorkda 4 milyon dollara ev alan oğulları bu Ordudan keçib?! Bəlkə ərazi bütövlüyümüzü təmin etməli olan müdafiə nazirinin... İstər köhnə olsun, istərsə də hazırkının...
20 il Azərbaycanın müdafiə naziri vəzifəsini tutub, 20 qarış torpağımızı işğaldan azad edə bilməmiş S.Əbiyevin bir oğlunun vergi, digərinin isə prokurorluq əməkdaşı olduğu haqda məlumatlar var. Elə indiki nazirin – Zakir Həsənovun oğlu da Bakıda “döyüşməyi” üstün tutanlardandır - polis zabitidir. Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu isə vətənin müdafiəsi yolunda vergi orqanında “qan-tər tökənlərdəndir”...
Normalda torpaqları işğal altında olan bir toplumda bütün vəzifələrin, məqamların, titulların başında Ordu, Orduda xidmət, zabit adı-peşəsi gəlməli idi. Lakin nə işdirsə “bulağın gözündən su içənlər”in arasında bircə nəfər də olsa öz övladının cəbhə bölgəsində zabit kimi qulluq etməsini, həyatını Vətənin müdafiəsinə həsr etməsini istəməyib və istəmir.
Orta əsrlərdə Avropada hərb zadəgən, əsilzadə peşəsi sayılırdı. Bizim “əsilzadələrin”, “zadəganların” peşəsi də, Allahı da pul, vəzifə, var-dövlətdir!
Günlərin birində, qəbristanlıqda tütək çalan bir dəlini kənd camaatı oradan zorla uzaqlaşdıranda, dəli dönüb deyir ki, məgər burada yatan ölülərin hamısı “fatihə duası”nı eşitmək istəyir, yəni heç tütək səsinə qulaq asmaq istəyən yoxdur? Görünür ki, yoxdur. “Fatihə”si var-dövlət, pul, vəzifə, nə yolla olursa-olsun varlanmaq olan “ölülər”in tütək səsi nəyinə gərəkdir ki?...
Cəlal Məmmədov
“AzPolitika.info”
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub