Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib - FOTO
09-07-2020 [19:10]
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib İyulun 9-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib.
Mia.az xəbər verir ki, iclasda Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov COVID-19 pandemiyası dövründə dayanıqlı inkişafın təmin olunması, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilinin cari vəziyyəti və “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması məsələlərinin müzakirəsinin vacibliyini diqqətə çatdırıb.
Əli Əhmədov gündəlikdə yer alan məsələlərə, o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələlxüsus ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırıb.
Şuranın sədrinin müavini, İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək, dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri, o cümlədən milli iqtisadiyyatı ressesiyaya apara biləcək faktorların qarşısının alınması, xüsusilə iqtisadi aktivliyin qorunması, biznesə dəstək proqramlarının həyata keçirilməsi, uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas strateji xətti olaraq qeyri-neft sektorunun formalaşdırılmasının zəruriliyini qeyd edib.
Mikayıl Cabbarov “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin inkişaf xəttinin müəyyən edilməsində rolunu, uzunmüddətli inkişaf hədəflərinə çatmaq üçün sosial-iqtisadi alətləri, həyata keçiriləcək tədbirləri özündə ehtiva edəcək və Dayanıqlı İnkişaf Məqsədlərinə tam inteqrasiya olunmuş yeni bir yanaşmanı əks etdirəcək “Azərbaycan 2030 İnkişaf Strategiyası”nın bu baxımdan vacib sənəd olacağını vurğulayıb.
Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın qlobal təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr olunacaq və cari ilin oktyabrında keçiriləcək “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda pandemiya dövründə "Dayanıqlı İnkişaf: görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.
Sonda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkili və bununla əlaqədar zəruri məsələlərin həll edilməsi, “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması və icrası üzrə ümumi əlaqələndirilmənin Şura tərəfindən həyata keçirilməsi, habelə bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyinin dəyərləndirilməsi barədə qərarlar qəbul olunub.
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək