Sosial iş yerlərində maaşın bir hissəsini ƏƏSMN maliyyələşdirəcək - Hökumətdən qərar
09-07-2020 [18:26]
Nazirlər Kabinetinin qərarı ilə “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.
Qaydada bildirilir ki, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə ortaaylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
Sosial iş yerlərində 2 ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bu qayda ilə müəyyən edilmiş hissəsi 3 aydan az və 12 aydan çox olmayan müddətdə Agentlik tərəfindən maliyyələşdirilir.
Əməkhaqqı sistemində nəzərdə tutulan mükafatlar, əmək- haqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
Qaydalarda bildirilir ki, sosial iş yerləri üzrə əməkhaqqının məbləği işəgötürənin eyni vəzifə (peşə) üzrə digər iş yerlərindəki əməkhaqqının məbləğinin 10 faizindən çox fərqlənə bilməz. Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər 1 işəgötürən üzrə 10 sosial iş yerindən çox ola bilməz.
Sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Bu qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi qaydasında deyilir ki, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla, son 1 ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.
İşəgötürən “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (MEİS) “Məşğulluq” altsistemində bu qaydanın əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq edir.
Müraciət qeydiyyata alındıqdan sonra Agentlik və ya “DOST” mərkəzləri 10 iş günü ərzində həmin işəgötürənin bu qayda ilə müəyyən edilən tələblərə uyğunluğunu araşdırır. İşəgötürən bu qayda ilə müəyyən edilən tələblərə uyğun olduqda Agentlik və ya Mərkəz tərəfindən ona bu barədə elektron bildiriş göndərilir və Agentliklə işəgötürən arasında Ərizədə göstərilən boş (vakant) iş yerləri üzrə işə qəbul ediləcək işçilərin əməkhaqlarının bu qaydada göstərilən işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsinə dair bu qaydanın əlavəsinə uyğun olaraq “Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsinə dair Müqavilə” imzalanır.
İşaxtaran və işsiz şəxsin sosial iş yeri üzrə işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə təsdiqlənir. Sosial iş yerinə qəbul olunmuş işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinə uyğun olmaqla 3 aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Bu halda Agentlik və ya Mərkəz tərəfindən həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilir. Yeni işçi təyin edilən zaman həmin iş yeri üzrə əvvəlki işçinin əməkhaqqının maliyyələşdirilməsi dövrü nəzərə alınır.
Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə ublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.
Müqavilə müddətində əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verildiyi halda həmin şəxslə 1 il müddətində təkrar əmək müqaviləsi bağlanıla bilməz.
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi müddətində qeyd edilir ki, işçinin əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi sosial iş yerləri üzrə işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, növbəti ayın 5-dək Müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə Agentlik tərəfindən işəgötürənin hesabına köçürülür.
İşəgötürənlərin sosial iş yerləri üzrə işə qəbul etdikləri işçilər və onlara ödənilən əməkhaqqı barədə məlumatlar Agentlik tərəfindən MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən yoxlanılır və məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla üzləşdirilir.
İşəgötürən tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına artıq ödənilmiş əməkhaqları aşkar edildiyi halda, həmin vəsaitin geri qaytarılması işəgötürəndən tələb olunur və bu vəsait geri qaytarılmadıqda həmin işəgötürənlə bağlanılmış Müqaviləyə xitam verilir.
Qərara əsasən, “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarı ləğv edilib/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı