Neft Fondunun qızıl gəlirləri kəskin artıb

img

09-07-2020 [16:41]


Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 40 914 min manat təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 2,1 dəfə azdır.

Bu barədə ARDNF-in 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında məlumat verilib.

Hesabata görə, Fondun dividend gəlirləri 46,4% artaraq 390 334 min manata, qızıl külçələr üzrə xalis gəliri isə 36,8 dəfə artaraq 1 194 590 min manata çatıb. Fondun xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən xalis zərəri 2,7 dəfə azalaraq 524 267 min manata enib.

Bundan əlavə, ARDNF-in icarə gəlirləri 8,2 dəfə azalaraq 32 937 min manat təşkil edib. Beləliklə, hesabat dövründə Fondun cəmi əməliyyat gəlirləri 4 443 032 min manat təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ARNDF-in cəmi əməliyyat zərəri 703 358 min manata bərabər idi/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR