XİN Ermənistana cavab verdi - Bəyanat
09-07-2020 [11:27]
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli KİV-in suallarını cavablandıraraq, nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətin beynəlxalq tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın fundamental hüquqlarını pozan bu ölkənin saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimini növbəti dəfə aydın şəkildə və konkret faktlarla ifşa edib".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Ermənistan XİN-i Azərbaycanı Ermənistanı “faydalı düşmən” obrazında təqdim etməkdə ittiham edir. Bununla bağlı ilk öncə qeyd olunmalıdır ki, Ermənistanın 30 ilə yaxındır ki, Azərbaycanın ərazilərini hərbi işğal altında saxlaması və bütün dünyanın qınadığı təcavüzkar siyasəti ilə özünə artıq düşmən obrazını çoxdandır ki, qazanıb. Bundan əlavə, Ermənistanın hazırkı rəhbərliyinin həm ölkə daxili iflasa uğrayan siyasəti, həm də hərbi işğalı davam etdirən xarici siyasəti onun elə öz xalqının bu günü və gələcəyinə qarşı düşmən mövqeyindən çıxış etdiyini aşkarcasına nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidentinin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün onun əleyhinə çıxış edən Ermənistan beləliklə də “əhalinin sülhə hazırlanması” çağırışını ciddi şübhə altına qoyur.
Azərbaycanı düşmənçilik bəyanatlarında ittiham etmək cəhdlərinə gəldikdə isə, öz qanunsuz və təxribat xarakterli əməlləri ilə vəziyyətin daha da gərginləşməsinə xidmət edən təcavüzkar Ermənistan tərəfi layiq olduğu cavabı hər zaman Azərbaycan rəhbərliyi timsalında alıb və bundan sonra da alacaqdır.
Azərbaycan və Ermənistan xalqlarının maraqlarından danışan Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, yalnız işğalçı qüvvələrin məlum BMT TŞ qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması, beləliklə də bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması hər iki xalqın marağındadır.
Azərbaycan Xarici İşlər Nazirliyi hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib və münaqişənin tezliklə həll olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycanın olduğu kimi adlandırılmasında qətiyyətli mövqe nümayiş etdirmələrini tələb edib. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir və prinsipial xarakter daşıyır",- XİN rəsmisi vurğulayıb.
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO