Niderland - İspaniya oyununun yeni tarixi açıqlandı

img

08-07-2020 [17:52]


Niderland və İspaniya komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoldaşlıq oyununun yeni tarixi açıqlanıb.

"Report" İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək. Daha əvvəl matçın martda oynanılması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu komandalar 2010-cu ildə dünya çempionatının finalında da üz-üzə gəliblər. Həmin görüşdə Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qol ispanlara çempionluq qazandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR