İcra başçısı Operativ Qərargahın qaydalarını pozdu: "Onların belə səlahiyyəti yoxdur" - Deputatdan açıqlama + VİDEO
08-07-2020 [17:34]
Sabunçu Rayon İcra Hakimiyyəti Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinin, tövsiyələrinin yerlərdə icrasına nəzarət məqsədilə reydlər aparır.
Bu barədə Sabunçu Rayon İcra Hakimiyyətinin iyulun 7-də açıqladığı məlumatda bildirilir.
Reydlər isə sahibkarların birində narazılıq yaradıb – söhbət Sabunçuda, Sakit Qocayev küçəsi, 27C ünvanında yerləşən “Megastore” supermarketindən gedir.
Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə bildirilir ki, Sabunçunun icra başçısı Adil Vəliyevin də iştirakı ilə keçirilən reyddə mağaza rəhbərliyinə xəbərdarlıq edilib.
Xəbərdarlığa əsasən, xüsusi karantin rejimi dövründə mağaza daxilində tekstil, xırda məişət avadanlıqlarının və uşaq oyuncaqlarının satışı həyata keçirilə bilməz.
Əks təqdirdə mağaza rəhbərliyinin cərimələnəcəyini bildiriblər.
Koronavirus pandemiyası ilə əlaqədar iyulun 5-i saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu bölgələrin sayı artırılıb.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
Həmin şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan olunub. Sərtləşdirilmiş karantin rejimi iyulun 20-i saat 06:00-dək davam edəcək.
İyulun 4-dən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti iyulun 20-nə kimi dayandırılıb.
Bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda beş nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Amma yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisnadır.
Sərt karantin rejiminin tətbiq edildiyi 16 şəhər və rayonda nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərə, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə, kosmetik xidmətlərə qadağa qoyulub.
Təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilmir.
Ərzaq məhsullarının satış məntəqələri və məişət xırdavatlarının satışı məntəqələri isə fəaliyyətinə icazə verilən sahələr siyahısında yer alır.
Ümumilikdə isə ölkə üzrə xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadılıb.
Göründüyü kimi, Nazirlər Kabinetinin qərarında mağazanın daxilində hansısa şöbənin fəaliyyətinə qadağa ilə bağlı müddəa yoxdur.
ABŞ İranı daha ağır sanksiya ilə hədələdi, Pekinə mesaj verdi: "Ticarətimizi azaltmayacağıq"
Avropada qazın qiyməti qalxdı - 7,5 faiz
"Mançester Yunayted" türk qapıçını satır - 2 milyon zərərlə
İsrail əsgərlərindən daha br əməliyyat: 25 fələstinli saxlanılıb
Borrell: "İran İsrailə qarşı müharibəyə hazır deyil"
MAQATE rəhbəri İsrailin gözlənilən hücumundan narahatdır: "Müfəttişlərimızi İranın nüvə obyektlərdən çıxardıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Respublika Humanitar Fənlər Gimnaziyasının təşkilatçılığı ilə məktəblərarası biologiya yarışması keçirilib - FOTOLAR
Akademik Musiqili Teatrda Ramiz Mirişlinin xatirəsi yad edildi
Ərdoğan İran-İsrail savaşından danışdı, İranı müdafiə elədi: "Gərginliyin əsas günahkarı Netanyahudur"
DİN-dən kartlardan pul oğurluqları ilə bağlı - Xəbərdarlıq (VİDEO)
İsraildən gözlənilməz addım: fələstinlilər həbsdən buraxılıb
DİN müsadirə olunan narkotik vasitələri belə məhv etdi - VİDEO
Sabiq nazir məhkəmədə: "2300 maaşım idi, ayda 15 min paket alırdım"
Əfqanıstanın ilk qadın olimpiya oyunçusu BOK-a müraciət edib: "Ölkəmizi "Paris-2024-ə buraxmayın"
Türkiyə Qəzzaya növbəti yardım göndərib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça"nın oyununa almaniyalı hakim təyin olunub
Keçmiş deputatın cinayət işi məhkəməyə göndərilib
Daha bir "tiktoker"ə 30 sutka həbs cəzası kəsildi - Açıqlama
Daha 56 ailə Füzuli şəhərinə köçürüləcək
DEPUTATLAR TOPLANIR: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
"Bakcell" böyük yeniliklərə hazırlaşır
Abşeronda unikal əməliyyat: narkoanbar aşkarlanıb - FOTOLAR
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi" - Evinə basqın edilən vəkilin məhkəməsi
Baş redaktor və müxbir həbs edilib
Qəzzada savaşın 193-cü günü: daha 46 nəfər həlak olub
Daha bir neçə qanun dəyişəcək
Prezident Türkiyə-Azərbaycan Universiteti barədə fərman imzaladı
Gəncədə şagirdlər arasında dava: yaralanan var
AGENTLİK RƏHBƏRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
PAŞİNYANLA TOKAYEV BİR ARADA: Qazax lideri Bakıya arxadan zərbə vurur - Bölgədə təhlükəli oyunlar qızışır
Prezident İlham Əliyev Hacıqabulda - Çıxışın tam mətni (FOTOLAR)
NAZİR MÜAVİNLƏRİ ARASINDA RƏQABƏT ARTIB: qarşılıqlı ittihamlar böyüyür - Emin Əmrullayev nazirliyə nəzarəti itirib
Müğənni ilə qalmaqal yaşayan biznesmen qadının ölkədən çıxışı məhdudlaşdırıla bilər
Arda Turan xanımına 2,1 milyon avroluq maşın aldı - FOTO
Axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub
Etibar Məmmədovun oğluna SOCAR-da vəzifə verilib? - Açıqlama
Sabah hava necə olacaq? - Proqnoz
Güclü Kibertəhlükəsizliyin Şifrəsi Azərbaycanda açıqlanacaq
“Gənclər bacarır!” Azercell-in dəstəyi ilə davam edir - FOTOLAR