Koronavirusa yoluxanlar evdə necə müalicə alacaq? - Nazirlik dərmanların adlarını açıqladı + SİYAHI
08-07-2020 [14:58]
Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında ətraflı danışıb.
N. Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir:
"Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVİD-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir.
Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".
Baş Səhiyyə İdarəsinin rəisinin onlayn müsahibəsində qeyd olundu ki, digər infeksion xəstəliklərlə yanaşı, COVİD-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb