Deputatın DYP-də yüksək vəzifə tutan oğlu koronavirusa yoluxdu - İdarə karantinə alındı

img

08-07-2020 [14:15]


Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. 

Deputat sayta açıqlamasında məlumatı təsdiq edib:

“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR