Nazirlər Kabinetinə təhsillə bağlı yeni vəzifə tapşırıldı - Fərman

img

08-07-2020 [13:06]


Nazirlər Kabinetinə yeni vəzifə həvalə olunub.

Mia.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanlarda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:24 04.08.2020

Qubada zəlzələ olub