"Böyükşor gölünə kanalizasiya suları axıdılmır" - "Azərsu"dan açıqlama

img

07-07-2020 [18:16]


Böyükşor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır".

Mia.az xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır: "Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".

Xatırladaq ki, bu gün ETSN rəsmisi jurnalistlərə açıqlamasında Bakını bürüyən üfunət iyindən danışıb və bu zaman  "Sobsan"dakı yanğında tullantıların bu gölə axıdılmasını istisna etməmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR