Kəmaləddin Heydərov idmançıların maaşlarını verə bilmir? - İddia + Açıqlamalar
07-07-2020 [14:57]
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbəri olduğu Azərbaycan Taekvondo Federasiyasında pandemiya dövründə ixtisarların olması barəsində iddia ortaya atılıb.
Hətta sosial şəbəkələrdə idmançıların bir neçə aydır maaş üzünə həsrət qoyulduğu deyilir.
Mia.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Nağı Səfərov Unikal.org-a qurumun son durumu ilə bağlı müsahibə verib.
O, müsahibəsində cəmi bir əcnəbi idmançının ölkəsinə qayıtmadığını da deyib. Hətta federasiya rəsmisi pandemiya dövründən sonra da idmançıların məşqlərinin rəsmi bazada keçiriləcəyini deyib.
- Bildiyiniz kimi, koronavirus bütün sahələrə, eləcə də də idman cəmiyyətinə təsir edib. Bəs siz idmançıların durumu ilə maraqlanırsınız?
- İdmançılarla və eləcə də məşqçilərlə demək olar ki, hər gün əlaqə saxlanılır. Onların durumu ilə mütləq maraqlanılır.
- Pandemiyadan sonra məşqlər üçün hara tərcih ediləcək?
- Məşqlər məlum səbəblərdən dayandırılıb. Təlim-məşqlərimiz bərpa olunan zaman Taekvondo Federasiyasının rəsmi bazasında davam edəcək.
- "Milliləşdirilmiş" idmançıların hamısı Azərbaycandadır?
- Radik İsayev, Milad Beigi və Qasım Maqomedov öz ölkələrindədir. Qadınlardan ibarət millimizin üzvü Patimat isə Bakıdadır. Onların hamısı ilə tez-tez əlaqə saxlayıb maraqlanırıq.
- Bildiyiniz kimi, İranda və Dağıstanda koronavirus geniş yayılıb. Bəs sözügedən ölkədən olan əcnəbi idmançıların səhhəti necədir?
- Hazırda hamısının səhhəti normaldır. Hamısının sağlıq durumu yaxşıdır.
- Nazirliyin rəsmisi Fərid Mansurov bəzi idman növlərinin məşqlərinin başlamasına icazə veriləcəyini demişdi. Taekvondoçuların məşqlərlə bağlı durumu nə yerdədir?
- Bu məsələyə karantin vaxtı bitəndən sonra baxılacaq.
- Cənab Prezident bildirib ki, koronavirus pamdemiyası günlərində işçilərin işdən çıxarılması düzgün deyil. Lakin buna baxmayaraq, aldığımız məlumata görə, bəzi federasiyalar idmançılara və qurumun digər heyət üzvlərinə maaş ödəməkdə aciz qalıblar. Bəs Taekvondo Federasiyasında idmançıların maaşı ödənilirmi?
- Əlbəttə, bizim Federasiyanın həm idmançıları, həm də işçi heyəti vaxtında əmək haqlarını alırlar.
- Bəs məlumata görə, ATF-dən bəzi şəxslər kənarlaşdırılıb...
- Kimə hansı iş həvalə olunubsa, hamısı da öz yerlərində işlərini davam etdirir. Ümumilikdə Federasiyada hər şey qaydasındadır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"