Britaniyalı gimnastlar məşqçilərin fiziki zorakılığı ilə üzləşiblər
07-07-2020 [14:32]
İngiltərə millisinin bir neçə sabiq gimnastı yerli ITV telekanalına sensasiyalı müsahibə verib.
"Report"un məlumatına görə, onlar məşqçilərin idmançılarla pis rəftar etdiklərini bildiriblər.
Gənclər arasında keçmiş Avropa çempionu Ketrin Layons iddia edir ki, məşqçi onu çubuqla döyüb və arıqlaması üçün bir həftə yemək verməyib. Həmçinin daim ona qışqırdığını və cəza olaraq otağa saldığını söyləyib. Layons stres səbəbindən karyerasını başa vurmaq məcburiyyətində qaldığını deyib.
Sidney-2000 Yay Olimpiya Oyunlarında İngiltərəni təmsil etmiş Britaniya Həmrəylik Oyunlarının qalibi Liza Meyson isə qeyd edib ki, 10 yaşından fiziki istismara məruz qalıb. İddiaya görə, məşqçilər ona güclü ağrıkəsici verərək məşq etməyə və zədəli vəziyyətdə yarışda iştiraka məcbur ediblər. Hətta bir dəfə Meyson sınıq ayaqla platformaya çıxmalı olub.
Adının açıqlanmasını istəməyən digər bir gimnast isə psixoloji və fiziki zorakılığın onlar üçün norma olduğunu bildirib: "Məşqlərdə məni döyməsəydilər, həmin nəticələri göstərə bilərdimmi, açığı, bunu deyə bilmərəm".
Britaniya Gimnastika Federasiyası iddialarla bağlı idmançıların sağlamlığına zərər verən məşqçilərin istənilən davranışını qınayan bir açıqlama yayıb.
Xatırladaq ki, bir neçə il əvvəl yetkinlik yaşına çatmayanlara cinsi təcavüzə görə ABŞ Gimnastika Federasiyasının rəhbərliyi istefa verməyə məcbur olmuşdu. Əsas təqsirkar - komandanın fizioterapevti Larri Nassar isə 200 ildən çox həbs cəzası alıb.
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək