“Ən yaxşı halda peyvənd 9 aya tapılacaq, ən pis halda isə virus yenidən yayılacaq” - Dünyanı iki ssenari gözləyir
07-07-2020 [13:13]
BMT-nin Baş katibi Antoniu Quterreş yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanı nələrin gözlədiyi barədə danışıb.
O, İsveçin “Aftonbladet” nəşrində yayımlanan məqalədə pandemiyadan sonra dünyanı iki ssenarinin gözlədiyini bildirib.
“Birinci nikbin ssenaridir. Bu ssenariyə görə, ölkələr hazırkı vəziyyətin öhdəsindən gələcəklər. Şimal dövlətləri uğurlu bərpa planı işləyib hazırlayacaqlar, inkişaf etməkdə olan ölkələr isə kömək alacaqlar”, - deyə A. Quttereş vurğulayıb.
Baş katib koronavirusa qarşı peyvəndin 9 ay ərzində tapılacağını və onun hamı üçün əlçatan olacağına ümid etdiyini qeyd edib.
BMT-nin Baş katibi deyib ki, əgər hadisələr bu məcrada inkişaf etsə, iqtisadiyyat da bərpa olunacaq, iki-üç ildən sonra normal vəziyyətə qayıtmaq üçün dünya da hərəkət etməyə başlayacaq.
“İkinci isə bədbin ssenaridir. Əgər ölkələr fəaliyyətlərini əlaqələndirməsələr, virusun yenidən yayılması baş verəcək, inkişaf etməkdə olan ölkələrdə vəziyyət pisləşəcək. Peyvənd üzərində işin ləngiməsi və ya bunun üçün şiddətli rəqabətin başlaması, peyvəndi ancaq iqtisadi imkanları olan ölkələrin əldə etməsi variantı da mümkündür. Əgər bu ssenari həyata keçsə, biz seqreqasiyanın, populizmin və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə A. Quttereş vurğulayıb.
Baş katibin sözlərinə görə, hər bir ölkə sərbəst yaşayacaq, dünya isə ümumi problemlərin həlli üçün vahid idarəetmə təşkil edə bilməyəcək.
A. Quterreş nəticədə “yeni normallıq” yaranana qədər, ən azı 5-7 il davam edəcək qlobal depressiyanın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Məqalədə o da qeyd olunub ki, hazırda dünyanın hansı məcra üzrə hərəkət etdiyini söyləmək çətindir: “Lakin mümkün olan hər şeyi etmək və ən pisinə hazırlaşmaq lazımdır. Pandemiya davranışın dəyişdirilməli olduğunu göstərməlidir və ayrılıq indi hər kəs üçün təhlükəlidir”.
Baş katib bildirib ki, qlobal çətinliklərin öhdəsindən yalnız qlobal idarəetmə qurumlarının köməyi və beynəlxalq əməkdaşlığın köməyi ilə gəlmək mümkündür.
A. Quterreş qeyd edib ki, dövlətlərarası əməkdaşlığın mövcud metodlarını yenidən nəzərdən keçirmək lazımdır, bunun çərçivəsində BMT və onun orqanları, Dünya Bankı, habelə Beynəlxalq Valyuta Fondu və regional təşkilatlar daha sıx işləyəcək/APA.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb