Hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşan şəxs saxlanıldı - FOTO

img

06-07-2020 [19:35]


Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Mia.az-a verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA