Qazaxda antisanitar şəraitdə fəaliyyət göstərən kafe aşkarlanıb

img

06-07-2020 [17:24]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Mia.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən keçirilən monitorinqlər zamanı agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Nəsibov Rasim Həsən oğluna məxsus Qazax şəhəri, H.Əliyev prospekti, 170 B ünvanında yerləşən “Məkan” ictimai iaşə müəssisəsinə baxış keçirilib.

Yoxalama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı, soyuducuda gündəlik istifadə olunan ərzaq məhsullarının mal qonşuluğu prinsipinə riayət edilmədən və temperatur rejimi gözlənilmədən saxlanıldığı müəyyən olunub. Eyni zamanda gündəlik istifadə edilən qab və digər məişət avadanlıqlarının vaxtında təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb.

Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yuma və bişirilmə sahəsi eyni yerdə təşkil edildiyi üçün qidaların hazırlanması zamanı çarpaz çirklənmə riski artır.

Yoxlama zamanı Agentlik əməkdaşlarına müəssisədə çalışan işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmələri barədə müvafiq sənədlər təqdim edilməyib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR