Nizami rayonunda gizli fəaliyyət göstərən “PlayStation”da olan 12 nəfər cərimələndi - FOTO

img

06-07-2020 [16:33]


Nizami rayonu, “8-ci kilometr” qəsəbəsinin ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkar edilib.

Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev, 39/41 ünvanında doqquzmərtəbəli binanın zirzəmisində “Play Station” salonunun işlədiyi məlum olub.

Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq, oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq, ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, onlar inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. 

Bakıda gizli fəaliyyət göstərən “PlayStation” zalı aşkar edildi - Foto


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub