Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb

img

06-07-2020 [12:50]


Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb:

"Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar  İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Buna baxmayaraq, bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR