Ermənistanda daha 330 nəfər koronavirusa yoluxub

img

06-07-2020 [11:22]


Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 330 nəfər artaraq 28 936 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin saytında bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 7 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 491-ə çatıb.

Qeyd olunub ki, virusa yoluxan 16 302 pasiyent sağalıb. Hazırda 11 984 nəfər infeksiyadan müalicə olunur.

Ermənistanda indiyə qədər 123 815 nəfər testdən keçirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR