Araz ƏZİMOV: "Azərbaycan bir istiqamətə baxmamalıdır"

img

21-10-2013 [11:53]


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Әzimov Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Şurasına qoşulması üçün səslənən təkliflərə münasibət bildirib.

A.Әzimov Publika.Az-ın sualına cavabında deyib ki, bu cür birliklərin yaradılması hələlik başlanğıc mərhələsindədir. Onun sözlərinə görə, burada çoxlu aspektlər var və bunları nəzərdən keçirmək lazımdır:

"Bütövlükdə, Azərbaycan daha geniş formatlarda əməkdaşlıqda iştirak edən dövlətdir. Hazırda Azərbaycan iqtisadi və siyasi çərçivələrdə daha geniş töhfələr verir. İnanmıram ki, biz 360 dərəcəyə baxan siyasətə dəyişiklik etməliyik. Çünki Azərbaycan beynəlxalq cəmiyyətin və təşkilatların üzvüdür. Çünki Azərbaycan beynəlxalq cəmiyyətin və təşkilatların üzvüdür. Odur ki, birtərəfli qərarların verilməsində mən böyük mənfəət görmürəm. Digər tərədən isə Azərbaycan özünə güvənən və öz milli təbii və iqtisadi resurslarından faydalanan ölkədir. Regional çərçivədə isə Azərbaycanın bu potensialından bəhrələnən ölkələr də var. Azərbaycan xarici ölkələrə xeyr verən və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən dövlətdir. Bütün bunlara görə də hər hansı birtərəfli formata daxil olmağımız məncə uyğun olmazdır. Çünki Azərbaycan bir istiqamətə baxmamalıdır. Azərbaycan bütün tərəflərdə öz maraqlarına uyğun olaraq iştirak edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA