Deputata məxsus "Relax"da karantin qaydaları pozulur? - VİDEO

img

05-07-2020 [22:42]


Lerik rayon ərazisində “Relax” ailəvi istirahət məkanı Operativ Qərargahın qaydalarını kobud şəkildə pozub.

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə “Xəzər” televiziyasının bölgə müxbiri Nizami Rəsulov “Facebook”da paylaşım edib.

O bildirib ki, istirahət məkanı ərazisində qanunsuz qəlyan istifadəsi halı aşkar olunub:

“Bu barədə ərazidə olan əməkdaşlarımız məlumat verib. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ərazilərdə pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Ancaq buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, Lerik rayonunun “Relax” ailəvi istirahət makanında qadağan olunan qəlyanın istifadəsi faktı aşkar edilib. Bunu video görüntü də təsdiq edir...

Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı bir tədbir görəcəklər”.

Xatırladaq ki, "Relax"ın deputat İqbal Məmmədova məxsus olması haqda mətbuatda çoxsaylı xəbərlər yayılıb.

Hətta bu istirahət mərkəzinin işçilərinin vergi əməkdaşlarına hücumu ilə bağlı deputatın oğlu da həbs olunmuşdu.

***

Məsələ ilə bağlı Relax İstirahət Mərkəzinin icraçı direktoru Azər Mirzəyev qeyd edib ki, Relax İstirahət Mərkəzində hazırda qəlyan istifadəsi qadağandır. Bununla bağlı xatırladıcı qeydlər də qeyd etdiyimiz istirahət mərkəzində yapışdırılıb.

Azər Mirzəyev videoya da münasibət bildirib.

İcraçı direktor qeyd edib ki, çəkilən video həqiqətən də Relax İstirahət Mərkəzində çəkilib: "Amma həmin video bu il yox, keçən il istirahət mərkəzimizdə çəkilib".

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR