Səhiyyə Nazirliyi ilə TƏBİB koronavirusa yoluxan professorla ailəsini nəzarətə görürüb

img

05-07-2020 [16:12]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir: "Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər".

Xatırladaq ki, professor İdris Abbasov və həyat yoldaşı koornavirusa yoluxublar. Lakin onlar ev şəraitində özləri müalicə olunduğunu elan etmişdilər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR