Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi - Sərəncam

img

03-07-2020 [23:43]


Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA