"Dostbazlıq, qohumbazlıqla istedadlı jurnalistlərin yoluna daş dığırlamayın" - Baş redaktor həmkarlarına səsləndi
03-07-2020 [23:35]
“Azərbaycan mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, mətbuatın cəfasını çəkən jurnalistlər bayram ərəfəsində layiq olduqları qiyməti alacaqlar”.
Mia.az xəbər verir ki, bu fikirləri “AzPolitika.info”ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib.
Baş redaktor bildirib ki, Azərbaycanda fəxri ad almağa haqqı çatan xeyli jurnalist var:
“Prezidentin sərəncamının mürəkkəbi qurumamış jurnalist təşkilatlarının sədrlərinə, KİV rəhbərlərinə müraciət edib, onlardan təqdimat prosesində ədalət prinsipini gözləməyi xahiş etdim. Hamıdan rica etdim ki, dostbazlıq, qohumbazlıq edib istedadlı jurnalistlərin yoluna daş dığırlamasınlar. Heç olmasa, bu dəfə haqqı çatan adamların mükafatlandırılmasına mane olmasınlar. İnanıram ki, redaktor həmkarlarım səsimə səs verərək, mətbuatın cəfasını çəkən zəhmətkeş jurnalistlərin mükafatlandırılmasını təmin edəcəklər”.
Seymur Verdizadə onu narahat edən vacib bir məqama da toxunub. Qeyd edib ki, Prezidentin məlum sərəncamından sonra ortaya düşən bir qrup adamın hərəkəti onu məyus edib:
“Fəxri ad davası aparan elən adamlar var ki, onların jurnalistikanın baş hərfindən xəbəri yoxdur. Hələ indiyə kimi bircə ciddi yazının altına imza qoymayıblar. Ay qardaş, ay bacı, sən indiyə kimi hansı xəbəri yazmısan, hansı araşdırmanı aparmısan, hansı müsahibəni götürmüsən? Ayıb deyilmi? Özünə hörmət edən adam qohum-qardaşına, dost-tanışına necə deyə bilər ki, filan statusun altından mənim adımı yaz? Axı bu kiçik ölkədə kimin sözün, kimin pulun qulu olduğunu hamı yaxşı bilir. Siz niyə anlamırsınız ki, bu məsələlər sosial şəbəkələrdə həll olunmur?
İnsanlar kənardan bizə baxır. Orden-medal ehtirasınızı içinizdə boğun, boyunuzdan böyük iddialarınızla camaatı bizə güldürməyin. Özünüz cəhənnəm, jurnalistikanı hörmətdən salmayın!”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"