DYP hərəkət iştirakçılarını yoxlamağa başladı

img

03-07-2020 [17:25]


Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərdə sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.

 Mia.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.

Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuşq aydada məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilin.

Daxili İşlər Nazirliyindən bildirilib ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA