Pandemiya daşınmaz əmlak bazarını iflic edib
03-07-2020 [16:41]
“Koronavirus (COVID-19) pandemiyasının dünyada və ölkədə yayılması ilə bir sıra sahələr çökdü. Həmin sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Ekspertlər hesab edir ki, daşınmaz əmlak bazarında aktivlik minimuma enib və bu sahədə xarici iştirakçıların aktivliyi kəskin azalıb. Ölkənin daşınmaz əmlak bazarının bugünkü vəziyyəti və perspektivi ilə bağlı "Report"a "Əmlak Ekspert Mərkəzi” MMC-nin direktoru Ramil Osmanlı danışıb.
Onun sözlərinə görə, koronavirus pandemiyasına görə daşınmaz əmlak bazarı çox ciddi itkiyə məruz qaldı. Daşınmaz əmlak bazarında ucuzlaşma meyilləri müşahidə edildi: “Amma kəskin, dinamik qiymət azalması baş vermədi. Ucuzlaşmanın kəskin olmaması əsasən inzibati qərarlar nəticəsində alqı-satqı əməliyyatlarının məhdudlaşdırılması ilə bağlıdır”.
R.Osmanlı bildirib ki, ölkənin daşınmaz əmlak bazarında demək olar ki, bütün göstəricilər üzrə aktivliyin azalması müşahidə edilib: “Daşınmaz əmlak bazarında ucuzlaşma təqribən 2-5% civarındadır. Belə ki, torpaq bazarında 5%-ə qədər ucuzlaşma var. İlkin mənzil bazarında tikinti şirkətlərinin müəyyən etdiyi qiymət siyasətindən aslı olaraq müəyyən dəyişikliklər və ucuzlaşma müşahidə edilir. Bu rəqəmlər nisbidir. Təkrar mənzil bazarı üzrə əvvəllər 50 min manata təklif edilən mənzil bu gün də bazara 50 min manata təklif edilir. Evin satışının razılaşma mərhələsində müəyyən dəyişikliklər ola bilər. İlin sonuna qədər daşınmaz əmlak bazarında dinamik qiymət dəyişiklikləri müşahidə edilə bilər”.
Daşınmaz əmlak bazarı aktuallığını itirir?
Onun sözlərinə görə, koronavirus pandemiyasından əvvəl daşınmaz əmlak bazarında yerli alıcılarla yanaşı xarici ölkə vətəndaşları da yer alırdı: “Pandemiyaya görə, makroiqtisadi sabitliyin pozulması nəticəsində xaricdən maliyyə axınları dayandı. Əsasən, Rusiyadan və digər ölkələrdən daxil olan vəsaitlər dayandı. Hazırda pandemiyaya görə, insanlar vəsaitlərini, yığımlarını qorumağa, istifadə etməməyə çalışırlar. Bu cür proseslərdə daşınmaz əmlak investisiya aləti olaraq aktuallığını itirir. Pandemiyanın yayılmasına görə makroiqtisadi sabitliyin pozulması ilə manat üzərində müəyyən neqativ təsirlər qalır. Manatın dollar qarşısında dəyərini itirməsi ilə bağlı müəyyən fikirlər var. Nəticədə alqı-satqı əməliyyatları, əmlak bazarına müraciətlər və tələb azalır. Bu isə daşınmaz əmlak bazarında geriləməyə səbəb olur”.
Ölkənin əmlak bazarının dövriyyəsi azalacaq?
R.Osmanlı vurğulayıb ki, ölkənin əmlak bazarının illik maliyyə dövriyyəsi təqribən 1,2,-1,3 mlrd manatdır: “Amama builki dövriyyə qeyd edilən rəqəmə adekvat olmayacaq. Daşınmaz əmlak bazarında ilin sonuna qədər 2-3 dəfəyə qədər azalma gözlənilir”.
Daşınmaz əmlak bazarı özünü nə zaman bərpa edəcək?
O deyib ki, bu il əmlak bazarının və iqtisadiyyatın digər sahələrinin bərpasından danışmaq hələ tezdir: “Əmlak bazarında bərpa prosesi bu il mümkün olmayacaq. Yalnız gələn il iqtisadiyyatın digər sahələrində və daşınmaz əmlak bazarında stabilləşməni və aktivliyin artımını proqnozlaşdıra bilərik. Bu isə gələn ilin əvvəlində dünya iqtisadiyyatında cərəyan edən proseslərdən aslı olaraq baş verəcək. Pandemiyanın necə nəticələnəcəyini, dünya iqtisadiyyatının, makroiqtisadi vəziyyətin necə dəyişəcəyini bilmirik”.
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...