“Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmət elektronlaşdırılıb
03-07-2020 [14:51]
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmət elektronlaşdırılıb.
Mia.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, "Elektron xidmət" vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.
Qeyd edilib ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün “myGov” portalına daxil olmaq tələb olunur. “myGov” portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.
Portala daxil olmaq üçün istifadəçi FİN-i, “Asan imza”, elektron imzadan istifadə edə bilərsiniz. Bu xidmətlərdən istifadə ilə bağlı, “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.
Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən, “Qurumlar üzrə” altbölməsinə keçid edilir və “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi” seçilir. Açılan pəncərədə “Məcburi köçkün statusu haqqında arayış” xidmətinin üzərinə klik etməklə elektron arayış əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, “Yüklə” düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.
Daha163 dövlət əmlakı hərraca çıxarılacaq
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO