"Siyavuşun yaddaşı pozulub, deyəsən..." - Sabiq deputatdan Siyavuş Novruzova cavab gecikmədi

img

03-07-2020 [12:19]


"Siyavuşun yaddaşı pozulub, deyəsən. Mən də, Alqış da ("Yeni Azərbaycan" qəzetinin  keçmiş baş reüdaktoru) -  hər ikimiz YAP-nın Siyasi Şurasının üzvü olmuşuq. 2000-ci ildə də YAP-ın proporsional siyahısında 15-ci namizəd mən, 19-cu namized Alqış olub".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Musa Musayev YAP funksioneri Siyavuş Novruzovun haqqında söylədiklərinə münasibətdə deyib.

Musa Musayev əlavə edib ki, Alqış Həsənoğlu "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru vəzifəsindən azad olunan vaxt bu prosesə S.Novruzov rəhbərlik edib: "Bəli, Alqış işdən çıxarılanda, Siyavuş şəxsən  onun otağının boşaldılmasına rəhbərlik edib".

Xatırladaq ki, S.Novruzov Unikal.org-a açıqlamasında sabiq deputat Musa Musayevə ittihamlar irəli sürüb, onun əmisi oğlu olan Alqış Həsənoğlu haqda isə gözlənilməz fikirlər səsləndirib.

YAP-çı deputat deyib ki, Musa Musayev öz əmisi oğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  olmuş Alqış Həsənoğlunun haqqına girib: “YAP-da Alqışın daha çox xidməti var, nəinki Musa Musayevin.  Bu,  o qədər ədalətsiz adamdır ki, öz əmioğlusunun irəli getməsinə imkan verməyib, ona qarşı oyunlarda iştirak edib.  Alqış Siyasi Şuraya düşməli, proporsional seçkidə siyahıya salınmalı idi, imkan vermədilər. Musanı irəli verdilər. İndi də durub haqdan, ədalətdən danışır”.

S.Novruzov qeyd edib ki, Alqış Həsənoğluya qarşı oyun qurulmuşdu: “Sizə bir məsələni deyim ki, indiyə kimi “Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib. Onun təfəkkürü, düşüncə tərzi sonrakı redaktorlarda olmadı. Mən açıq deyirəm. Heç kimdən çəkinəcəyim yoxdur. Heç kim məndən inciyə bilməz, çünki həqiqəti deyirəm. Alqış diqqətə layiq adamdır, amma şantaj elədilər, kompüterinə daxil olub, oyun qurdular. Hamısını yaxşı tanıyıram”.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq