PSJ yay transferinə 70 milyon avro ayırdı

img

02-07-2020 [18:09]


Fransanın PSJ klubunun yay transfer dönəmində xərcləmək istədiyi məbləğ bəlli olub. 

"Le Parisien" nəşri xəbər verir ki, rəhbərlik 70 milyon avro ayırmaq niyyətindədir.  

Az məbləğə baxmayaraq, paytaxt klubu sağ cinah və mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu əldə etməyə çalışır. 

PSJ mərkəz müdafiəçisi mövqeyində İngiltərənin "Çelsi" klubundan Kurt Zumanı görmək istəyir. London təmsilçisi futbolçusu üçün 30 milyon avro tələb edir.

Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR