Vilayət Eyvazov Polis Akademiyasında: "İndiki dövrdə çox vacib olan milli ruh, vətənpərvərlik..." - FOTOLAR
02-07-2020 [17:39]
Azərbaycan Polisi Günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Təntənəli mərasimdə çıxış edən nazir V.Eyvazov Akademiyanın müəllim və müdavim heyətini əlamətdar gün münasibətilə təbrik edərək məzun gününün yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni həyatın başlanğıcı olduğunu, məzunları qarşıda daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra ali təhsilli polis kadrlarına tələbat bütün ciddiliyi ilə gündəmə gəldiyindən Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası yaradılıb və ona birinci dərəcəli ali təhsil müəssisəsi statusu verilib. Akademiyanın sonrakı inkişafı ulu öndərin və möhtərəm Prezident İlham Əliyevin adı ilə bağlı olmaqla ötən illər ərzində onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib, müasir infrastrukturu formalaşıb.
Daxili işlər orqanlarında peşəkarlığın artdığı ilə bağlı möhtərəm Prezidentin polisin 100 illik yubileyi münasibətilə təbrikində qeyd olunan fikirləri xatırladan general-polkovnik V.Eyvazov Akademiyada müasir düşüncəsi, vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab verən, qarşıdakı hədəflərə çatmaq üçün müasir dünyagörüşünə malik Azərbaycan polisinin yeni nəslinin yetişdiyini professor-müallim heyətinin uğuru adlandırıb.
Nazir hazırkı internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü, bunun üçün Akademiyada kursantların intellektual səviyyəsinin yüksəldilməsindən ötrü hər cür şəraitin yaradıldığını, gələcəyin polislərinin xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığında pedaqoji kollektivin maksimum səy göstərdiyini, kursantlarda yüksək peşəkarlıq formalaşdırmaqla bərabər, indiki dövrdə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün səylərini artırdıqlarına da diqqət çəkib.
V.Eyvazov pandemiya dövrünün çətinliklərinə baxmayaraq mart ayının 14-dən etibarən tətbiq olunan sosial izolyasiya tədbirlərinin icrası sahəsində daxili işlər orqanları əməkdaşlarının aidiyyəti vəzifələri uğurla yerinə yetirməsinin, gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq hər bir polis əməkdaşının qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasının, onların həyati problemlərinin həllinə yardımçı olmasnın, müraciətlərə həssaslıqla yanaşmasının, habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin ictimaiyyət tərəfindən həssaslıqla və minnətdarlıq hissi ilə qarşılandığını xüsusi vurğulayıb.
Daxili İşlər naziri cənab V.Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, sıralarımıza qoşulan gənc zabitlər də xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.
Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.
O, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, bu işə ixtisaslı mütəxəssislərin cəlb olunması, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının yetişdirilməsi, bütövlükdə müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqlarına, bilik və bacarığımızı əsirgəməyəcəklərinə Daxili İşlər nazirini əmin edib.
Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.
Polis leytenantı Nurlan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var
Avropa Məhkəməsi Gültəkin Hacıbəyliyə "yox" dedi - Ərizə rədd edilib
Abşeron xəstəxanasında arzuolunmaz hallara dair bildiriş sistemi təkmilləşdiriləcək - FOTOLAR
Babək Quliyev UEFA-dan təyinat alıb
AHİK VIII Qurultay keçirir - Nələr dəyişəcək?
Trampdan Ukrayna ilə bağlı mesaj: "Proses ehtiyatla, lakin müsbət şəkildə davam edir"
Ankarada İŞİD-ə qarşı növbəti əməliyyat: həbs olunanlar var
Yardımlıda iranlı narkotacirlər saxlanılıb
Azərbaycan nefti 63 dollara düşdü
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Baş nazirin sabiq I müavini Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyevin cinayət işi üzrə
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bu gün Masazırda işıq olmayacaq
Zakir Qaralova ağır itki üz verib
"Fənərbağça" "Konyaspor"a göz aşmağa imkan vermədi
“Gizir Xanı”ya şəhidlik statusu verilib
"Sakaryaspor" qələbəni 3 qolla qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Müəllim sözünü düz yazmayan adamlarla sağollaşmışıq" - "Əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik"
Türk F-16-sı Qara dənizdən gələn dronu vurub - MN açıqladı
Anar Ələkbərov Xalq şairi Ramiz Rövşənin evində qonaq olub - FOTO