AQTA tabeliyində mərkəz yaradılmasına 77 min manat xərcləyəcək

img

01-07-2020 [16:57]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida Təhlükəsizliyi İnstitutu Sertifikat Mərkəzinin qurulması və istifadəyə verilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

“Report” vahid satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Softlayn İnterneyşnl" MMC-dir. 

Qalib şirkətə 76 452 manat ödəniləcək. 

Sertifikat mərkəzi AQTA və onun tabeli qurumlarının informasiya sistemlərində daxili elektron imzanın tətbiqi ilə əlaqədar yaradılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA