"Barselona"nın baş məşqçisi: "Bu, rüsvayçılıqdır"

img

01-07-2020 [11:33]


"Komandamdan məmnunam. Bəli, bu gün qələbə qazana bilmədik, amma oyunu yaxşı nəzarətdə saxladıq". 

Bu fikirləri İspaniyanın "Barselona" komandasının baş məşqçisi Kike Styen La Liqanın XXXIII turunda "Atletiko" ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra deyib. 

61 yaşlı mütəxəssis "Atletiko"ya qarşı oynamağın həmişə çətin olduğunu bildirib. Setyen rəqibi intizamlı komanda adlandırıb: "Futbolçularımın işindən məmnunam. Özümü təhlükə altında hiss etmirəm. Əlbəttə, bu, rüsvayçılıqdır, getdikcə çempionluqdan uzaqlaşırıq. Amma çalışmağa davam etməliyik". 

Qeyd edək ki, "Barselona" 33 oyundan 70 xalla ikinci pillədə qərarlaşıb. Rəqibindən 1 oyun az keçirən "Real Madrid"in 71 xalı var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR