"Ramiz Mehdiyevin guya islahatlara mane olan şəxs kimi təqdim edilməsi..." - YAP funksioneri
01-07-2020 [10:46]
“Əgər korrupsionerlər, rüşvətxorlar cinayət başında yaxalanırsa, bu məsələdə kimlərisə suçlamaq, tənqid etmək yaramazlıqdır. Axı, Ramiz Mehdiyev vəzifədə olanda o adamlar belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?! O ki qaldı korrupsiyanın başında Ramiz Mehdiyevin dayanmasına, mən o fikirlə razı deyiləm”.
Mia.az xəbər verir ki, bu fikirləri YAP-ın qurucu üzvlərindən biri və Siyasi Şurasının üzvü, keçmiş deputat, 5 il icra başçısı işləmiş Musa Musayev “Pressklub.az”-a müsahibəsində deyib.
Keçmiş deputat korrupsiyanın hər bir dövrdə olduğunu bildirib: “Cənab Prezident də dəfələrlə vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparılmalı, hər bir korrupsioner bu əməllərinə görə cəzalandırılmalıdır. Əslində, təkcə Prezident deyil, hər bir məmur, hətta vətəndaşlar korrupsiyanın əleyhinə olmalıdır. Təbii ki, korrupsiya ilə məşğul olanlar yüksək vəzifə tutanlardır, dövlətin büdcəsinə, büdcədən ayrılan vəsaitə göz dikən məmurlardır və onlar da mütəmadi olaraq cəzalarını alır”.
M.Musayev vurğulayıb ki, vəzifədən gedən adamın arxasınca danışıb “baltalamağı”, vəzifəyə gələni isə tərifləyib yaltaqlanmağı qəbul etmir, bu xarakterdə insan deyil: “Heç vaxt da vəzifədən gedənin dalınca danışmamışam, təzə vəzifəyə gələni tərifləməmişəm. Əgər şəxsən tanıdığım adam vəzifəyə gəlirsə, onu alqışlayıb tərifləyə bilərəm, burada qəbahət yoxdur. Amma görürəm ki, kimlərsə tanımadığı, ömrü boyu görüşmədiyi insan haqqında məddahlıq eləyir, mətbuatda, televiziyada, sosial şəbəkələrdə yaltaqlanır. Mən belə şeylərin əleyhinəyəm. Ümumiyyətlə, tənqidi də, tərifi də haqlı olaraq bildirmək, faktlara söykənərək demək lazımdır. Ramiz Mehdiyevin guya siyasi və iqtisadi islahatlara, kadr dəyişikliklərinə mane olan şəxs kimi təqdim edilməsinin heç bir əsası yoxdur. İslahatların sonuncu mərhələsi zamanı Prezident Ramiz Mehdiyevin özünü də qəbul edərək onu vəzifədən azad edib, Elmlər Akademiyasına göndərdi. Yəni, Ramiz Mehdiyevin dövründə də kadr islahatları olub, bu dəyişikliklər indi də aparılır”.
Keçmiş deputat qeyd edib ki, bu gün vəzifədə olan bəzi adamlar var ki, kadr islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin əleyhinədir.
“Çünki artıq sular durulur, islahatların əleyhinə olanlar, bulanıq suda balıq tutmaq istəyənlər köhnə xülyalarla yaşayıb, “bəlkə də qaytardılar” düşüncəsi ilə pusquda duranlardır ki, onlar yenə aranın qarışmasında maraqlıdırlar. Amma mən inanıram ki, cənab Prezidentin çox sadiq komandası var və onun qarşısını heç kəs ala bilməz. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şurasının üzvü kimi Prezidentin istər kadr islahatlarını, istərsə də korrupsiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm”, - M. Musayev vurğulayıb.
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub