Prezidentin köməkçisi: "Koronavirus müharibə kimi qəbul edilməlidir"

img

30-06-2020 [18:21]


"Azərbaycan milli və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil:

“Dünyada bunun nə vaxt başa çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiliktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır. Dünya miqyasında koronavirus müharibə kimi qəbul edilməlidir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR