ABŞ-da son sutkada 41556 nəfər koronavirusa yoluxub, 337 nəfər isə ölüb

img

30-06-2020 [15:57]


ABŞ-da son sutkada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 41,5 faiz, yəni 41 556 nəfər artıb, 337 nəfər isə ölüb.

Cons Hopkins Universitetinin məlumatına görə, bundan əvvəlki gün isə bu göstəricilər müvafiq olaraq 38 845 nəfər və 264 nəfər təşkil edib.

Bütövlükdə isə indiyədək ölkədə COVID-19 virusuna 2 590 582 nəfər yoluxub ki, bunlardan 126 min nəfərdən çoxu ölüb, 705 mindən çoxu isə sağalıb. Yoluxanların və ölənlərin ümumi sayına görə böyük fərqlə birinci yerdə olan ABŞ adambaşına ölüm sayına görə 6-cı, adambaşına yoluxma sayına görə isə 11-ci yerdədir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR