Balakən sakini 20 kq-a yaxın narkotiklə saxlanıldı, Ucarda 117 kq-dan çox çətənə kolu məhv edildi, Bərdədə isə...

img

30-06-2020 [13:53]


Balakən sakini 20 kq-a yaxın narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tülü kəndi ərazisində Mahamalar kənd sakini Q.Mamedova məxsus əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu və 19 kq 190 qram qurudulmamış marixuana aşkarlanıb götürülüb.

Bundan başqa, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Təzə Şilyan kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 117 kq çəkidə 218 ədəd çətənə kolu aşkarlanıb məhv edilib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Dəmirovdan 8,36 qram marixuana götürülüb. 

V.Dəmirovun Zümürxan kəndi ərazisindəki əkin sahəsində gizlətdiyi 500 qram marixuana da aşkarlanaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR