ARDNF-nin illik hesabatı Prezidentə göndərildi

img

30-06-2020 [12:53]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası ARDNF-nin 2019-cu ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyini nəzərə almaqla, ARDNF-nin 2019-cu ildə fəaliyyəti barədə illik hesabatını məqbul hesab edib.

ARDNF-dən Mia.az-a bildirilib ki, eyni zamanda, Müşahidə Şurası müstəqil auditorun və ARDNF-nin 2019-cu il büdcəsinin icrası barədə Hesablama Palatasının rəylərinə əsasən, habelə ARDNF-nin 2019-cu il büdcə gəlirlərinin 19 030,6 milyon manat və yaxud 123,2% səviyyəsində, büdcə xərclərinin isə 11 588,6 milyon manat və ya 99,9% səviyyəsində icra edildiyini nəzərə alaraq, Fondun 2019-cu il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2019-cu il tarixli Sərəncamı ilə ARDNF-nin Müşahidə Şurasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. ARDNF-nin Müşahidə Şurasına Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov sədrlik edir.

Müşahidə Şurasının üzvlərinin sırasına - Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının n Maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov daxildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR