ABŞ Rusiya, Çin və Venesuelaya iki istiqamətdfə sərt ixrac məhdudiyyətləri tətbiq etdi
30-06-2020 [11:24]
ABŞ hökuməti iyunun 29-dan etibarən Rusiya, Çin və Venesuelaya sərt ixrac məhdudiyyətləri tətbiq edib.
“Reuters” xəbər verir ki, müvafiq bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə hələ aprel ayında yerləşdirilib, sadəcə, qərar dərc edildikdən 60 gün sonra qüvvəyə minib.
ABŞ hökuməti iki məhdudiyyət qaydasını tətbiq edib.
Birincisi, mülki istehlakçılar üçün nəzərdə tutulmuş lisenziyasız amerikalı mal ixracatçılarına tətbiq olunan istisnaların ləğvidir. Belə məhsullara rulmanlar, yarımkeçiricilər, kompüterlər, telekommunikasiya avadanlıqları, radiolokasiya sistemləri və digərləri daxildir.
İyunun 29-dan etibarən ixracatçılar bu cür malların təchizatı üçün lisenziya almağa məcbur olacaqlar. Dəyişikliklər, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna, Ermənistan və İraqa ixracata da təsir edəcək. ABŞ Ticarət Nazirliyinin Sənayə və Təhlükəsizlik Bürosu bəzi ölkələrin bu cür məhsulları mülki yox, hərbi sahə üçün əldə etməsinə görə belə tədbirlər tətbiq edib.
İkinci məhdudiyyət hərbi sənaye ilə də əlaqədardır və bu sahədə malların təchizatını məhdudlaşdırmaq məqsədi daşıyır. İndi hərəkətləri və ya funksiyaları malların hərbi istifadəsini dəstəkləmək üçün nəzərdə tutulmuş istənilən şəxs və ya təşkilat hərbi sektora aid ediləcək.
“Çin, Rusiya və Venesueladakı bəzi təşkilatlar ABŞ-ın ixrac tənzimlənməsini pozmağa və ümumilikdə Amerikanın maraqlarına xələl gətirməyə çalışıb. Buna görə də ABŞ texnologiyasının yanlış əllərə keçməməsinə əmin olmaq üçün daha ayıq olacağıq”, - ABŞ Ticarət Nazirliyinin mətbuat xidməti nazir Uilbur Rossdan sitat gətirib.
Sənəd həmçinin ayrıca olaraq ABŞ-ın ikili və hərbi təyinatlı məhsullarının Çinə ixracına lisenziyaların verilməsinə dair tələbləri sərtləşdirir.
Sənəddə qeyd olunur ki, Rusiya və Venesuelaya münasibətdə oxşar tələblər 2014-cü ildə də tətbiq olunub. ABŞ Ticarət Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Çin ilə əlaqəli dəyişikliklər hər üç ölkədə hərbi istifadəçilərə məhdudiyyətlərin qoyulması məqsədilə edilib. Buna qədər ABŞ şirkətləri Çinin hərbi strukturlarını müxtəlif kateqoriyadan olan mallarla, bu materiallar hərbi istifadə üçün nəzərdə tutulmayıbsa, təchiz edə bilərdi. İndi isə bu vəziyyətdə də onlar xüsusi lisenziyalar almalı olacaqlar/Report.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib