"5G pilot layihə olaraq Bakıda qısa zaman kəsiyində test edilib" - Nazirlikdən COVİD-19-la bağlı yayılan xəbərlərə reaksiya

img

27-06-2020 [18:30]


“COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. 

Mia.az xəbər verir ki, bu sözlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydılğı açıqlamada bildirilib.

Qeyd olunub ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır:

"Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir. Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir".

Bildirlib ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur: "Sadəcə, bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR