"Bəhram Bağırzadənin ağciyərinin fəaliyyəti yavaş-yavaş bərpa olunur" - Rəşad Mahmudov

img

25-06-2020 [23:50]


Millət vəkili, dünya şöhrətli həkim Rəşad Mahmudov sosial şəbəkədəki hesabında əməkdar artist Bəhram Bağırzadə ilə bağlı yeni fikirlər səsləndirib. 

Mia.az həkimin fikirlərini olduğu kimi oxucuların diqqətinə çatdırır:

“Bir tərəfdə Bəhram Bağırzadənin xəstəliyinə inanmayan insanlar, digər tərəfdə isə yaşaması üçün dəridən-qabıqdan çıxan tibbi heyət. Bir tərəfdə bu şoudur deyən kəslər, digər tərəfdə 19/06/2020 tarixli xarici ekspert rəylərində “bir faiz belə yaşama şansı yoxdu” açıqlamasını eşidib üzülənlər və kədərlənənlər...

Günlərdir koma vəziyyətində reanimasiyada yatan Bəhram Bağırzadənin səhhətində müsbətə doğru dəyişiklik var. Ağciyər fəaliyyəti yavaş-yavaş bərpa olunur. Ümidlərimizin tükəndiyi anda, “ağciyər transplantasiyası, yoxsa mezenkimal kök hüceyrəmi?” kimi fərqli spekulyativ müzakirələrin aparıldığı şəraitdə Bəhram qardaşımız yaşamaq uğrunda mübarizə aparır və bu, hələ də davam edir...

Tezliklə şəfa tapmağını, gözlərini yenidən açmağını və ayağa qalxaraq yayılan bütün şayiələrə özünün açıqlama verməsini diləyirəm...

Tanrı Sizləri, Dövlətimizi və Dünyamızı QORUSUN!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR