Bakı İcra Hakimiyyəti sabiq nazirin şirkətindən 10 milyonluq maşın və maşın hissələri alacaq

img

25-06-2020 [19:00]


Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamenti kommunal təyinatlı maşın və mexanizmlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İmprotex Trucks and Buses" MMC-dir.

Qalib şirkətə 10 milyon manat ödəniləcək.

Xatırladaq ki, "İmprotex Trucks and Buses" şirkəti Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR