"Yüzlərlə fermer bu ağır dönəmdə..." - Sahibkardan Səfər Mehdiyevlə Əbülfəz Məlikova ittihamlar
24-06-2020 [15:51]
Azərbaycan hakimiyyəti islahatlar kampaniyasına start verdiyini bəyan edəndə əsas gözləntilərdən biri Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdiriləcəyi ilə bağlı idi. İctimai mühitdə tanınan sahibkarların, iqtisadçı ekspertlərin, nəhayət, hakimiyyətin siyasi xəttini dəstəkləyən deputatların da bu barədə açıqlamalar verməsi DGK-nın ləğv olunacağına inam yaratmışdı. Lakin gözləntilərin əksi baş verdi. DGK yox, Vergilər Nazirliyi özü İqtisadiyyat Nazirliyinə birləşdirildi.
DGK-nın ləğv olunaraq Vergilər Nazirliyiə birləşdirilməsini təklif edənlərin fikrincə, bu qurum ölkədə sahibkarlığın inkişafına maneə törədir, monopoliyanı stimullaşdırır. Onlar həm də qurumu korrupsiya əməliyyatlarında ittiham edir.
DGK-nın sahibkarlığın inkişafına maneə törətməsinə, inhisarçılığı çiçəkləndirməsinin daha bir sübutu sahibkar, "Grant Aqro Servis" MMC-nin rəhbəri Babayev Fərhad Vidadi oğlunun DGK sədri Səfər Mehdiyevə ünvanladığını açıq məktubunda əks olunub.
Yenisabah.az xəbər verir ki, sahibkarın məktubunu Hit.az saytı tirajlayıb. Fərhad Babayev yazır ki, 15 iyun 2020-ci il tarixdə 42 ədəd motosklet hissələrə sökülmüş vəziyyətdə, 1 ədəd yük maşınında Azərbaycan ərazisinə daxil olub və məcburi olaraq “AVELA” MMC-yə (Bakı ş, Babək pr 92, mənz 23) məxsus gömrük terminalına yönləndirilib. Sahibkar deyir ki, terminalın kimə məxsus olmasını uzun müddət öyrənməyə çalışsa da, əməkdaşlarından heç biri işlədiyi müəssisənin rəsmi adını və ünvanını bildirməyib.
Yenisabah.az-ın araşdırmaları nəticəsində isə bəlli olub ki, “AVELA” MMC 21 yanvar 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ev 92, mənzil 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Bayramov Sakit Bayram oğludur.
Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə dolğun məlumat var. Maraqlıdır ki, Azərbaycan İqtisad Universiteti tələbələri bu MMC-yə istehsalat təcrübəsi keçməyə göndərir. Məsələn, bu ilin yanvarında universitetin “Kommersiya” ixtisası üzrə təhsil alan tələbələrdən biri “AVELA” MMC-yə təcrübə keçməyə göndərlirib.
Fərhad Babayev isə yazır ki, şirkətin DGK sədri Səfər Mehdiyevə və məşhur broker Əbülfəz Məlikova məxsus olması barədə iddialar var. “Məsələylə əlaqədar kiminlə əlaqə saxladıqsa, aşağıda şikayətçi olduğumuz şirkətin Səfər Mehdiyevə və Əbülfəz Məlikova məxsus olduğu, bu səbəbdən cəzasızlıqlarına əmin olduqları bildirildi. Əslində, sahibkarlara saxlama terminalını sərbəst seçmək imkanının verilməməsi, digər sahibkarların da bu tip terminallar yaradıb gömrük orqanları ilə əməkdaşlıq etmək imkanının olmaması, “Avela” MMC-nin və 1-2 digər şirkətin bu sahədə monopolist və bununla da özbaşına olması, gömrük məmurları ilə sıx əlaqəsi olmayan şəxslərin bu sahəyə müdaxiləsinin mümkün olmaması, şirkətin əməkdaşlarının “kimə istəyirsiz şikayət edin” deməsi və sadalaya biləcəyimiz yüzlərlə digər cavabsız suallar yaranmış şübhələri qidalandıran amillərdəndir”, - deyə sahibkar bildirib.
Bu iddialar əsassız olmaya bilər. Azərbaycan reallığında yüksək səviyyədə himayədarı, yaxud birbaşa hansısa məmurun məxsus olmayan şirkətin monopolist fəaliyyəti mümkün deyil.
Sahibkar daha sonra yazır: “Sizin və bu işlərdə adları hallanan digər şəxslərin dövləti təmsil etməsi, ictimai fiqur olmağınız, əsas vəzifənizin xalqa xidmət etmək olması, dövlətin əsasının xalq olması bizə yaranmış suallarımıza açıq cavab tələb etmək hüququ verir.
Xatırlatmaq istəyirik ki, terminalın dövlətə məxsus olmadığı bizə bildirilməyib, heç bir yerdə tariflər və ya anbarın kimə məxsus olduğu qeyd olunmayıb, tənzimlənən qiymətlər yoxdur, saxlama haqqları qanunvericiliklə tənzimlənmir, gömrük terminalında saxlamaya dair cəmiyyətlə heç bir müqaviləmiz yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öhdəliyin yaranması üçün qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər arasında müqavilə olmalıdır. Cəmiyyətlə mübahisə etdikdən sonra bizə müqaviləsiz hesab faktura təqdim edir.
Bu məktubla sizdə xahiş edirik, cəmiyyətin qeyri-qanuni hərəkətlərinin araşdırılmasına, pozulmuş hüquqlarımızın bərpasına köməklik göstərəsiniz. Nəzərə almağınızı da xahiş edirik ki, həmin nəqliyyat vasitələri bağçılıqda istifadə üçün nəzərdə tutulub. Yüzlərlə fermer bu ağır dönəmdə yığımı həyata keçirmək üçün bu malları gözləyirlər".
Bu fakt təsdiqini taparsa, DGK-nın ləğvində israrlı olanların arqumenti daha da güclənəcək.
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı